Məşhur musiqiçi vəfat etdi

24 Avqust 2021 22:08

"The Rolling Stones" rok-qrupunun zərb aləti ifaçısı, məşhur britaniyalı musiqiçi Çarli Uotts 80 yaşında dünyasını dəyişib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə musiqiçinin nümayəndəsi Bernard Doerti məlumat yayıb. Uotss Britaniyada xəstəxanaların birində vəfat edib.

Çarli Uotts 1963-cü ildən "The Rolling Stones"un tərkibində çıxış edir. O, bütün dövrlərin ən yaxşı zərb ifaçılarından biri hesab edilir.

Milli.Az