Qubalı milyarderin bazarında azərbaycanlının meyiti tapıldı

24 Avqust 2021 19:06

Rusiyanın Moskva şəhərinin "Fud-Siti" bazarında Azərbaycan vətəndaşının meyiti tapılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, naməlum şəxs onun sinəsinə bir neçə bıçaq zərbəsi vurub. O, hadisə yerindəcə keçinib.

Polis qatilin tapılması istiqamətində araşdırmalara başlayıb.

Milli.Az