Ermənistanda koronavirusa yoluxanların sayı 238 422-yə çatıb

24 Avqust 2021 18:42

Ermənistanda daha 537 nəfər COVID-19-a yoluxub.

Milli.Az xəbər verir ki, bununla bağlı məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 238 422-yə çatıb. Son sutkada koronavirusdan 6 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 768-yə yüksəlib.

Koronavirusa yoluxan 224 719 nəfər sağalıb. Hazırda 7 787 pasiyent müalicə olunur.

Milli.Az