Ermənistan ordusunda get-gedə yeni cinayət növlərinin üstü açılır.
Milli.Az xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti yazıb. Məlum olub ki, fərqli hərbi hissələrdə və ya döyüş mövqelərində, vəzifələrində yuxuya gedən əsgərlərdən hərəkətlərini gizlətmək üçün müəyyən bir məbləğ - 8-10 min dram arasında ödəniş tələb olunur.
Qəzet, hüquq-mühafizə orqanlarının yuxuda olan əsgərlərdən "ödənc" tələb etmə hallarını araşdırdığını öyrənib. Üstəlik, belə hallar geniş yayılıb. Qəzet həmçinin qeyd edir ki, valideynlər postda yatan əsgərlərin şəkillərinin silinməsi üçün pul göndərirlər.
"Yəni borclar problemi hələ də bölmələr daxilində həll edilməyib və çox vaxt məsələ faciə ilə başa çatır. Ən azı son hadisəni xatırlayaq, bir əsgər bir anda üç əsgəri öldürmüşdü: hüquq-mühafizə orqanlarının əməkdaşları yenidən pul borcunun və bir-birilərinin ləyaqətinin pozulması versiyasını nəzərdən keçirirlər" - deyə qəzet yazır.
Kamran Seyidov
Milli.Az