Nyu-Yorkda bu şəxslərin peyvənd vurdurması məcburi oldu

23 Avqust 2021 23:05

ABŞ-ın Nyu-York şəhərində məktəblərdə müəllimlərin və digər təhsil işçilərinin koronavirus vaksini vurdurması məcburi olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, dövlət məktəblərində işləyən hər kəs sentyabrın 27-dək vaksinasiyadan keçməlidir.

Vaksin olunmayan şəxslərə test vermək seçimi təqdim edilməyib. Bu şəxsləri hansı sanksiyaların gözlədiyi isə açıqlanmayıb.

Milli.Az