“Bacardığınız qədər vaksin vurdurmayın” - AzTV-nin aparıcısı

26 Avqust 2021 22:30

"Vaksinasiya olunmuş adam koronavirusa yoluxub və xəstəliyin ikinci həftəsini yaşayır. İkinci həftəsini də çox ağır keçirdir".

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Dövlət Televiziyasında "Ən doğrusu" verilişinin aparıcısı Aydan Axundzadə sosial şəbəkə hesabında yazıb. O, əlavə edib ki, məhz COVİD 19-a yoluxanların 90 faizi vaksinasiya olunan insanlardır:
"Məsləhətim odur ki, bacardığınız qədər vaksin vurdurmayın".

Milli.Az