Ermənistan Apellyasiya Məhkəməsi avqustun 23-də keçirilən prosesdə parlamentin "Ermənistan" fraksiyasından olan üzvü Armen Çarçyanın həbsinə qərar verib.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, bundan əvvəl Armen Çarçyan 15 milyon dramın girov qoyulması müqabilində sərbəst buraxılmışdı.
Armen Çarçyan Cinayət Məcəlləsinin 154.2 -ci maddə ilə təqsirləndirilir. Ona qarşı seçicilərə rüşvət vermək, seçkilər zamanı xeyriyyəçilik qadağasını pozmaq və ya seçicinin azad iradəsini həyata keçirməyə mane olmaq kimi ittihamlar irəli sürülüb.
Milli.Az