Goranboyda minik maşını ilə traktor toqquşub, bir nəfər xəsarət alıb

24 Avqust 2021 22:38

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəliməmədli şəhərində qeydə alınıb.

Hərəkətə olan "VAZ 2107" markalı minik maşını qoşqulu traktora çırpılıb. Qəza zamanı "VAZ"-in sürücüsü xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az