Azərbaycanlı uşaqlar beynəlxalq festivalda iştirak ediblər
1 May 2010 19:11
Festivalda ölkəmizi Bakı şəhər S.Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin "Möcüzə" uşaq rəqs kollektivi təmsil edib. Bu barədə Milli.Az xəbər portalına rəqs qrupundan məlumat verilib.
On ölkənin (Azərbaycan, Rusiya, ABŞ, Çexiya, Moldova, Suriya, Monqolustan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan) təmsil olunduğu və 1000 nəfərdən çox iştirakçısı olan festival çərçivəsində ilk dəfə keçirilən müsabiqədə "Möcüzə" uşaq rəqs kollektivinin solisti Vüsalə Babayeva birinci dərəcəli diploma, kollektivin bədii rəhbəri Lalə Babayeva isə Sverdlovsk vilayəti mədəniyyət və turizm nazirinin təşəkkür məktubuna layiq görülüblər.
Bununla yanaşı Azərbaycanı təmsil edən nümayəndə heyəti Sverdlovsk vilayətinin bir neçə yaşayış məntəqəsində fərdi konsert proqramı ilə çıxış edərək milli musiqi və rəqslərimizi nümayiş etdiriblər. Habelə festival çərçivəsində Bakı şəhər S.Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdlərinin rəsm və əl işləri sərgilənib.
S.Babayeva
Milli.Az