Koronavirusdan evdə müalicə alanlara XƏBƏRDARLIQ

23 Avqust 2021 09:33

"Koronavirusun Delta ştammı sürətlə yayılsa da, burada ağırlaşma və ölüm faizi digər ştamlardan aşağıdır. İnsanlara tövsiyə edərdim ki, simptomlar görüləndə test verib, həkim məsləhəti ilə müalicə olunsunlar. İnsanlar özlərini evdə müalicə etməsinlər".

Milli.Az xəbər verir ki, bunu Səhiyyə Nazirinin birinci müavini Teymur Musayev Real TV-yə müsahibəsində bildirib.

Milli.Az