Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

23 Avqust 2021 09:36

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1991-ci il təvəllüdlü Filmanova Gülzar Fərhad qızı və 1999-cu il təvəllüdlü Xankişiyev Fərhad Rəşid oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az