Azərbaycanda koronavirusa yoluxma sayının artım səbəbi açıqlanıb

22 Avqust 2021 22:59

"Koronavirusa yoluxma sayının artmasına səbəb "delta" ştamıdır. Hazırda ölkədə çarpayı fondumuz 10 mindən artıqdır".

Bunu səhiyyə nazirinin birinci müavini Teymur Musayev "Real TV"-yə müsahibəsində deyib.

O qeyd edib ki, ölkədə çarpayı fondu ilə bağlı heç bir problem yoxdur.

Milli.Az