Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

22 Avqust 2021 17:22

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60 191 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 649, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 542 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 170 336, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 713 143 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 457 233 təşkil edir.

Milli.Az