Aktrisa ötən həftə ayrıldığı sevgilisi ilə barışdı

23 Avqust 2021 03:34

Türkiyəli aktrisa Müjde Uzman ötən həftə ayrıldığı sevgilisi Oğuzhan Uğurla barışıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa bu barədə İnstaqram hesabında məlumat verib:

"Dostlar, ayrılığımız uzun çəkmədi. Təkrar bir araya gəldik. Xoşbəxtik, hər şey qaydasındadır".

Qeyd edək ki, cütlüyün ayrılıq səbəbi məlum deyildi.

Milli.Az