Cəlilabadda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var

22 Avqust 2021 15:07

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, hadisə Uzuntəpə kəndində qeydə alınıb.

"Mercedes" markalı minik avtomobillə "UAZ" markalı yük avtomobilinin toquşması nəticəsində azı 4 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az