Ramin Bayramlıdan süni nəfəs aparatına qoşulanlarla bağlı AÇIQLAMA

22 Avqust 2021 11:20

"Vəziyyəti ağırlaşıb süni nəfəs aparatına qoşulan xəstələrin 97 faizi vaksin olunmayanlardır".

Milli.Az xəbər verir ki, bu barədə məlumatı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı özünün tvitter hesabında paylaşıb.

"Sağlamlığımızı virusun təhdidləri qarşısında aciz buraxmayaq. Nəticələrin müsbətə doğru dəyişməsi üçün birlikdə mübarizə aparaq", - R.Bayramlı bildirib.

Milli.Az