Türkiyə daha 357 vətəndaşını ölkəsinə gətirib

22 Avqust 2021 14:22

Türkiyə Əfqanıstandan daha 357 vətəndaşını təxliyə edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin NTV televiziyası məlumat verib.

Təxliyə olunanların 16-sı azyaşlı körpədir.

Qeyd edək ki, avqustun 15-dən indiyədək Əfqanıstandan 927 Türkiyə vətəndaşı bu ölkəyə gətirilib.

Milli.Az