Ermənistanda koronavirusdan ölənlərin sayı 4752 nəfərə çatıb

22 Avqust 2021 15:22

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 385 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 237 634 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 15 ölüm halı qeydə alınıb və bununla da infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4752 nəfərə yüksəlib.

Milli.Az