Keçmiş prezident həbsxanada intihara cəhd etdi

22 Avqust 2021 10:22

Boliviyanın keçmiş prezidenti Jeanine Anes Çavez həbsxanada intihara cəhd edib.

Milli.Az APA-ya istinadən bildirir ki, terror, sui-qəsd və üsyana təhrik ittihamı ilə həbs edilən siyasətçi özünü yaralayıb. Hazırda onun həyatı üçün təhlükə olmadığı vurğulanıb.

Həbsxanadan bildirilib ki, qadın psixi müayinəyə göndəriləcək.

Vəkillər iddia edirlər ki, Anesin intihar cəhdi Miraflores həbsxanasında məruz qaldığı qəddarlığa cavabdır.

Milli.Az