Türkiyədə dəhşətli hadisə: Həyat yoldaşını və uşağını qətlə yetirib ardınca intihar etdi

22 Avqust 2021 09:52

Türkiyənin Afyonkarahisar şəhərinin Şuhut rayonunda həyat yoldaşını və uşağını silahla qətlə yetirən şəxs daha sonra özünü naqil ilə asaraq intihar edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ağır cinayəti törədən və sonra intihar edən şəxsin 47 yaşı var.

Hüquq-mühafizə orqanları evi xüsusi nəzarətə götürüb, cəsədlər ekspertizaya təhvil verilib.

Dəşətli hadisənin təfərrüatı araşdırılır.

Milli.Az