Türkiyədə sel qurbanlarının sayı 82 nəfərə çatıb

21 Avqust 2021 23:18

Türkiyənin şimalında sel fəlakətindən ölənlərin sayı 82 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bu barədə məlumat yayıb.

Bildirilib ki, Qara dənizin qərbində baş verən sel fəlakəti nəticəsində Kastamonuda 71, Sinopda 10, Bartında 1 nəfər həyatını itirib.

Qeyd edək ki, AFAD bundan əvvəl 81 nəfərin təbii fəlakət qurbanı olduğunu bildirmişdi.

Milli.Az