Solçular Bakıda 1 Mayı qeyd etdi
1 May 2010 16:15
Sol partiyaların nümayəndələri - Kommunist Partiyasının, Azərbaycanın Tərəqqi-Sosialist Partiyasının təxminən 30 üzvü, "Azərbaycanın sol sosialistləri" müstəqil ekspert qrupu 1 May Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Gününü qeyd edib.
Bu barədə Azərbaycan Mütərəqqi Sosialist Partiyasından Milli.Az-a daxil olan məlumatda deyilir.
Tədbir iştirakçıları Nobel prospektindəki "Azad Fəhlə" abidəsinin önünə gül qoyaraq, abidənin yanında oraq və çəkiclə qırmızı bayraq ucaldıblar. Aksiyanın sonunda beynəlxalq fəhlə himni - "İnternasional" oxunub.
İctimai aksiya yerində Xətai rayon İcra Hakimiyyətinin polis nümayəndələri olub və onun keçirilməsinə mane olmayıblar.
Milli.Az