Messi və Neymar yenidən Barselonada

21 Avqust 2021 17:22

Fransa PSJ-sinin futbolçuları Lionel Messi və Neymar İspaniyaya yollanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Liqa1-in "Brest"lə görüşünün protokoluna düşməyən hücumçular həftəsonunu Barselonada keçirməyə qərar verib.

Vaxtilə "Barselona"da oynamış forvardlar şəhər kənarında yerləşən Kasteldefelsə gedib. Onlar sabiq komanda yoldaşları, hazırda "Atletiko"da çıxış edən Luis Suaresin buradakı evində qonaq olub.

Qeyd edək ki, cənubi amerikalıların nə vaxt Parisə qayıdacağı bəlli deyil.

Milli.Az