Voleybolçularımız ikinci oyunda da uduzdu - Avropa çempionatı

21 Avqust 2021 21:53

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yığmamız A qrupundakı ikinci görüşündə Bosniya və Herseqovina ilə qarşılaşıb və 0:3 (14:25, 23:25, 17:25) hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyununda Belçikaya eyni hesabla məğlub olmuşdu.

Milli.Az