Türkiyədə zəlzələ olub

21 Avqust 2021 20:26

Türkiyənin Muğla vilayətində Egey dənizinin Datça sahilində 4,2 bal gücündə zəlzələ olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla saat 16:21-də qeydə alındığını bildirib.

Qeyd edək ki, Datçada keçən ayın sonlarından başlayaraq seysmik aktivlik artıb. Avqustun 1-də Datçada 5,5 bal gücündə zəlzələ baş verib.

Milli.Az