Ermənistanda COVID-19-a yoluxanların sayı 237 mini ötüb

21 Avqust 2021 13:42

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 507 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 237 249 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 5 ölüm halı qeydə alınıb və bununla da infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4737 nəfərə yüksəlib.

Milli.Az