Ərdoğanla Merkel Əfqanıstanla bağlı müzakirə aparıblar

21 Avqust 2021 20:27

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə telefonla danışıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Ərdoğanla Merkel Əfqanıstandakı son vəziyyətlə bağlı müzakirə aparıblar.

Hər iki lider Əfqanıstandakı təxliyələrin ən önəmli məsələ olması istiqamətində razılaşma əldə edib.

Milli.Az