"Özümə bir az sərmayə qoymalıyam" - Məşhur müğənnidən etiraf

21 Avqust 2021 13:00

Keçən il İngiltərənin "Little Mix" qrupundan ayrılan Cessi Nelson solo albom buraxmağa hazırlaşır.

Milli.Az sia-ya istinadən xəbər verir ki, 2011-ci ildə qurulan qrupun digər üzvləri də 10 illik yubileyinə yeni albom hazırlayıblar.

Köhnə dostlar musiqi cədvəllərində yarışacaqlar. Nelson qrupdan ayrılarkən deyib: "Sonsuz gözləntiləri doğrultmaq üçün bir həyatı davam etdirmək psixi sağlamlığımı zəiflədir. Özümə bir az sərmayə qoymalıyam".

Milli.Az