Ucarda maşın aşıb, ər və arvad xəsarət alıb - FOTO

21 Avqust 2021 11:12

Ucar rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1961-ci təvəllüdlü Şahid Şakir oğlu Məlikovun idarə etdiyi "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü Ş. Məlikov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Mətanət Ənvər qızı Məlikova xəsarət alıblar.

Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Milli.Az