Balakən Rayon Mərkəzi Xəstəxanası yenidən koronaviruslu xəstələrə xidmət göstərəcək

21 Avqust 2021 20:28

Balakən Rayon Mərkəzi Xəstəxanası yenidən karantin rejiminə uyğun fəaliyyət göstərməyə başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ölkə ərazisində və ölkənin şimal-qərb bölgəsində yeni növ koronavirus infeksiyasına yoluxanların sayının artması ilə əlaqədar olaraq Balakən Rayon Mərkəzi Xəstəxanası karantin rejiminə uyğun fəaliyyət göstərəcək.

Müvafiq tapşırığa əsasən, 21 avqust 2021-ci il tarixdən Balakən Rayon Mərkəzi Xəstəxanası təkrarən COVID-19-a yoluxan şəxsləri qəbul edəcək. Xəstəxanada fəaliyyət göstərən Təcilli Tibbi Yardım, Poliklinika və doğum şöbəsi istisna olmaqla, digər şöbələr Zaqatala Rayon Mərkəzi Xəstəxanasına köçürüləcək.

Milli.Az