Pakistanda kamikadze maşın partlatdı - 2 uşaq öldü

21 Avqust 2021 10:10

Pakistanın Qvadar liman şəhərində Çin vətəndaşlarını daşıyan avtomobildə partlayış olub.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb. Məlumata əsasən, partlayış kamikadze tərəfindən törədilib.

Bildirilir ki, insident zamanı 2 uşaq həlak olub, daha 3 nəfər isə yaralanıb.

Milli.Az