"Üzr istə" - Trampdan Baydenə Əfqanıstan təklifi

21 Avqust 2021 09:36

ABŞ-ın keçmiş prezidenti Donald Tramp öz xələfi Baydenə Əfqanıstandakı təxliyə prosesində buraxılan səhvlərə görə üzr istəməyi təklif edib.

Milli.Az xəbər verir ki, eks-prezident ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını kapitulyasiya adlandırıb.

"Baydenin dövründə Əfqanıstan: bu evakuasiya deyil, kapitulyasiyadır. Əfqanıstandan vətəndaşların təxliyəsindən öncə ABŞ qoşunlarının çıxarılması tarixdəki ən böyük taktiki səhvdir. Görəsən o, buna görə üzr istəyəcəkmi?", - deyə Tramp siyasi rəqibinə sual ünvanlayıb.

Milli.Az