Məşhur müğənni vəsiyyətini açıqladı

21 Avqust 2021 09:14

Amerikalı müğənni-bəstəkar Lana Del Rey vəsiyyətini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 36 yaşlı müğənni sosial şəbəkədə döyməsini paylaşdığı foto ilə istəyini insanlara çatdırıb:

"Xahiş edirəm, ölümümdən sonra adımın keçdiyi albom və mahnılarımı yayımlamayın. Onlar sadəcə demo idi və insanların dinləməsi üçün hazırlanmadı".

Milli.Az