Bakıda qadın boğazından və qarnından bıçaqlanıb

21 Avqust 2021 08:43

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şağan qəsəbəsində qeydə alınıb.

1996-ci il təvəllüdlü Pənahbəyova Ulduzə Tofiq qızı yaşadığı evdə boğaz və qarın nahiyyəsindən naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Milli.Az