Moskvada polis məsciddə 600 müsəlmanı saxladı

21 Avqust 2021 08:23

Rusiyanın paytaxtı Moskvanın Kotelniki bölgəsindəki məsciddə təxminən 600 müsəlman polis tərəfindən saxlanılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu TASS-a açıqlamasında vəkil Lidiya Anosova deyib.

O bildirib ki, saxlanılan şəxslər polis maşınları ilə Lyubertsı Polis Şöbəsinə aparılıb:

"Bu şəxslərin kimlikləri yoxlanılır. Hələlik heç bir ittiham yoxdur. Polis onlara qanunauyğun davranır".

Milli.Az