Krivotsyuklu “Visla”dan darmadağın

20 Avqust 2021 23:34

Futbol üzrə Polşa çempionatında 5-ci turun oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda "Zaqlenbe" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:0.
 
Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
 
"Visla" 5 turdan sonra 6 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Milli.Az