“Atletiko”da yeni “1 nömrə”

20 Avqust 2021 23:25

İspaniyanın "Atletiko" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az matc.az-a istinadən bildirir ki, Madrid təmsilçisi "Monako"dan Benjamen Lekomtu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

30 yaşlı qapıçı 2021/22 mövsümünü icarə əsasında "Atletiko"da keçirəcək. Lekomt yeni komandasında 1 nömrəli formanı geyinəcək.

Milli.Az