ABŞ “Şimal axını 2” layihəsi ilə bağlı sanksiyalar tətbiq edib

20 Avqust 2021 22:30

"ABŞ "Şimal axını 2" boru kəmərinin inşası ilə əlaqədar iki rusiyalıya və bir rus gəmisinə qarşı sanksiyalar tətbiq edib".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Dövlət Departamentinin yaydığı məlumata görə, Blinkenin açıqlamasında sanksiya tətbiq edilən gəminin "Şimal axını 2" layihədə iştirak etdiyi vurğulanıb.

Milli.Az