Türk kəşfiyyatından İNANILMAZ ƏMƏLİYYAT: Avtomobilində məhv etdilər - VİDEO

20 Avqust 2021 23:00

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının İraqın Sincar vilayətində həyata keçirdiyi uğurlu əməliyyatın detalları məlum olub.

Milli.Az Metbuat.az-a istinadən xəbər verir ki, kəşfiyyatçılar PKK liderlərindən hesab olunan "Seyid" ləqəbli Hasan Saidi uzun müddət təqib edib. Onun olduğu avtomobil raket zərbəsi ilə vurulub. Terrorçu məhv edilib.

Qeyd edək ki, Hasan Said Suriya və İraqdakı terrorçuları koordinasiya edirdi. Hasan Sair İraq polisinin də axtarış siyahısında idi.

Milli.Az