“Çelsi”nin futbolçusu koronavirusa yoluxub

20 Avqust 2021 19:42

İngiltərənin "Çelsi" klubunda koronavirusa yoluxma aşkarlanıb.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, Premyer Liqa təmsilçisinin yarımmüdafiəçisi Kristian Pulişiç infeksiyaya yoluxub.

O, qarşıdakı günləri təcrid olunacaq. Bu prosesin 10 gün sürməsi planlaşdırılır.

Milli.Az