Zəngəzurda kəndlilər yolu bağladı

20 Avqust 2021 17:24

Zəngəzurda fermerlər yolu bağlayıblar.

Milli.Az unikal.org-a istinadən bildirir ki, kəndlilərin etiraz etməsinə səbəb bölgəyə suyun verilməməsidir.

Bildirilib ki, suvarma həyata keçirilə bilmədiyinə görə bitkilər quruyur və məhsul toplamaq olmur.

Üçmüədzin-Əştərək yolunu bağlayan fermerlər polis əməkdaşları ilə uzunmüddətli danışıqlardan sonra yolu açıblar. Kəndlilər problemin həllini tapmayacağı təqdirdə yenidən yolu bağlayacaqlarını bəyan ediblər.

Milli.Az