Sel qurbanlarının sayı 81-ə çatdı

20 Avqust 2021 17:48

Türkiyənin Qərbi Qara dəniz bölgəsində sel nəticəsində həlak olanların sayı 81-ə çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "NTV" yayıb.

Məlumata əsasən, avqustun 11-də bölgədə başlayan güclü leysan yağışları nəticəsində baş vermiş sel və torpaq sürüşməsi zamanı Kastamonuda 70, Sinopda 10, Bartında isə 1 nəfər dünyasını dəyişib.

Milli.Az