Türkiyədə sel qurbanlarının sayı 79 nəfərə çatıb

20 Avqust 2021 14:32

Türkiyədə sel fəlakətindən ölənlərin sayı 79 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bu barədə məlumat yayıb.

Sel fəlakəti nəticəsində Kastamonuda 69, Sinopda 9, Bartında 1 nəfərin həyatını itirdiyi, 34 nəfərin axtarışda olduğu bildirilib.

AFAD bundan əvvəl 78 nəfərin təbii fəlakət qurbanı olduğu bildirilmişdi.

Milli.Az