COVİD-19 pasportu olmayan tələbələri dərsə buraxan universitetlər özü məsuliyyət daşıyacaq - DİN

20 Avqust 2021 11:42

COVİD-19 pasportu olmayan tələbələri dərsə buraxan universitetlər özü məsuliyyət daşıyacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Operativ Qərargahın keçirdiyi birinfqdə DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, əgər COVİD-19 pasportu olmadan yaşı 18-dən yuxarı şəxslər təhsil müəssisələrinə daxil olarlarsa, bu zaman həmin şəxslər polis tərəfindən məsuliyyətə cəlb olunmayacaq. Buna görə həmin təhsil müəsisəsinin rəhbərliyi, bu prosesə nəzarət edən şəxslər məsuliyyət daşıyacaq.

Milli.Az