Bayden də üçüncü doza vaksin vurduracaq

20 Avqust 2021 20:30

ABŞ Prezidenti Co Bayden koronavirusa qarşı üçüncü doza vaksin olunacaq.

Milli.Az TASS-a istinadən xəbər verir ki, Bayden həyat yoldaşı Cill ilə birlikdə üçüncü doza vaksin vurdurmağa hazırlaşdığını söyləyib.

O, ABŞ vətəndaşlarını nümunə götürməyə çağırıb. /medicina.az

Milli.Az