Rusiya 44 günlük müharibədən əvvəlki vəziyyəti qaytarmaq istəyir

20 Avqust 2021 10:25

"2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatın əsas müddəlarından olan Zəngəzur dəhlizi Azərbaycanın qələbəsinin nəticələrinin möhkəmlənməsi üçün siyasi baxımdan olduqca əhəmiyyətlidir".

Bunu Milli.Az-a açıqlamasında Gürcüstan Strateji Analiz Mərkəzinin rəhbəri Qela Vasadze deyib.

Gürcü ekspert bildirib ki, Moskvaya müharibə şəraiti lazımdır:

"İndi Zəngəzur dəhlizi ətrafında qarmaqarışıq hadisələr baş verir. Görünən odur ki, Rusiya Federasiyası Ermənistanla Azərbaycan arasında aşağı intensivlikdə hərbi əməliyyatların baş verməsinə çalışır və bununla regionda münaqişə vəziyyətini saxlamaq istəyir.

Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Moskvaya müharibə şəraiti lazımdır. Lakin Cənubi Qafqazda nəzarəti əldə saxlamaq üçün Rusiya aktiv müharibə şəraiti yox, 2020-ci ilin sentyabrından əvvəl olan vəziyyəti yaratmaq niyyətindədir".

Təhməz Əsədov
Milli.Az