Türkiyədə meşədə növbəti yanğın - Bir nəfər saxlanıldı - FOTO

20 Avqust 2021 15:08

Türkiyənin Antalya şəhərinin Kumluca rayonunda yanğın olub.

Milli.Az unikal.org-a istinadən bildirir ki, sözügedən yanğın meşəlik və əkin sahələri ərazilərində baş verib.

Bildirilib ki, bir evin bağçasında başlayan yanğın daha sonra meşə ərazisinə yayılıb. Hazırda yanğının nəzarətə götürüldüyü deyilir.

Məsələ ilə bağlı bir nəfər saxlanılıb.

Milli.Az