“Virusdan qorumayan vaksini niyə vurdurum?" - Yıldız Tilbe

20 Avqust 2021 09:56

Türkiyəli müğənni Yıldız Tilbe koronovirus vaksini ilə bağlı sosial şəbəkədə yazdığı paylaşımla gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Türkiyədə 4-cü doza vaksinin tətbiq olunması haqda qərara etirazını bildirən sənətçi Tvitter səhifəsində bunları yazıb: 

"Virusdan qorumayan vaksini niyə vurdurum? Təsdiqlənməmiş, istehsalçıların belə "Bir şey olarsa, cavabdehlik daşımırıq" dediyi peyvəndi niyə qəbul edim? Dörd doza qorumursa, 44 peyvənd vurulacaq? Bu nədir?".
Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti müğənninin fikirləri ilə razı olduqlarını yazıblar.

Milli.Az