“Billi öldürmək” filminin ulduzu COVID-19-dan vəfat etdi

20 Avqust 2021 09:46

Sonni Tiba/Çiba ləqəbi ilə tanınan yaponiyalı aktyor Sinyiti Tiba (əsl adı Sadaho Maeda) 82 yaşında dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Çiba prefekturasının Kimitsu xəstəxanasında koronavirusdan vəfat edib. Aktyor avqustun 8-dən xəstəxanada müalicə olunurdu.

Qeyd edək ki, Sinyiti Tiba əvvəl doğma Yaponiyada, daha sonra isə beynəlxalq səhnədə döyüş filmlərində oynamaqla şöhrət qazanıb. Geniş tamaşaçı kütləsi onu rejissor Kventin Tarantinonun "Billi öldürmək" filmində yaratdığı Hattori Hanzo rolu sayəsində tanıyıb.

Milli.Az