Gəncədə avtoqəza olub, xəsarət alanlar var

20 Avqust 2021 09:34

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

"VAZ 2107" markalı minik maşını başqa bir avtomobillə toqquşduqdan sonra yol kənarındakı ağaca və səkiyə çırpılıb. Nəticədə iki nəfər xəsarət alıb. Hadisə yerinə təcilli tibbi yardım xidməti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az